Sumqayıtda məktəbdə həmkarını döyməkdə təqsirləndirilən müəlliməyə bəraət verildi

1489
Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Bəsti Allahverdiyevanın barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
“Report”un xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib. Məhkəmə B.Allahverdiyevanın barəsində bəraət hökmü çıxarıb.
İttiham aktına əsasən, hadisə Sumqayıtda, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Firuzəddin Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbində baş verib. Həmin məktəbdə müəllim vəzifəsində çalışmış məcburi köçkün B.Allahverdiyeva həmkarı Aynur Şükürovanı döyüb.
Hüquq-mühafizə orqanları tərəfindən B.Allahverdiyevanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ona 500 manat məbləğində cərimə kəsilib. Hökmdən narazı qalan B.Allahverdiyeva apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.
B.Allahverdiyeva daha əvvəl mətbuata açıqlamasında günahsız olduğunu, bu işin məktəb direktoru tərəfindən edildiyini söyləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər