Sumqayıtda məktəblərdə nə qədər şagird təhsil alır?

575

Sumqayıt şəhərində fəaliyyət göstərən bütün məktəblərdə yeni tədris ili başlayıb. Təhsil nazirinin əmrinə əsasən, ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.
Şəhər Təhsil Şöbəsindən AZƏRTAC–a bildirilib ki, bu il 6159 şagird birinci sinfə qədəm qoyub. Ümumilikdə 53 mindən çox şagird şəhər məktəblərində təhsil alır.
Qeyd edək ki, Sumqayıt Şəhər Təhsil Şöbəsinin tabeliyində Təbiət elmləri təmayüllü gimnaziya, 3 lisey tipli və 3-ü inteqrasiya təlimli gimnaziya olmaqla, 50 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər