Sumqayıtda “Məktəblilər ölməsin!” layihəsi – FOTOLAR

950

Sumqayıt şəhərində uşaqların yol təhlükəsizliyini yaxşılaşdırmaq üçün pop-up küçə transformasiyası quraşdırılır.

Bu həftə Sumqayıt şəhər 2 saylıməktəbdə pop-up küçə transformasiyası quraşdırılır. Dünya Bankının Qlobal Yol Təhlükəsizliyi Fondu vasitəsilə Böyük Britaniya Yardımı tərəfindən maliyyələşdirilən transformasiya uşaqlara uyğun yol dizaynının yol təhlükəsizliyinin necə yaxşılaşdıra biləcəyini və məktəb ərazilərində yol hərəkəti qurbanlarını azalda biləcəyini nümayiş etdirmək məqsədi daşıyır.

Transformasiya Azərbaycan Milli Avtomobil Klubu (AMAK)Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) və Qlobal ŞəhərlərinDizaynı Təşəbbüsünün (GDCI)tərəfdaşlığı ilə ən həssas yol istifadəçiləri kimi uşaqların təhlükəsizliyini yaxşılaşdırmaq üçün həyata keçirilən innovativ layihənin mərkəzi elementidir.

Yol-nəqliyyathadisələridünyada 5-29 yaş arası uşaq və gənclərin bir nömrəli qatilidir. Yol hərəkətinin sakitləşdirilməsi tədbirləri və yol infrastrukturunun təkmilləşdirilməsi yol hərəkəti təhlükəsizliyinə Təhlükəsiz Sistem yanaşmasında mühüm rol oynayır və “Azərbaycan Respublikasının Yol Hərəkəti Təhlükəsizliyinə dair 2019-2023-cü illər Dövlət Proqramı” ilə dəstəklənir.

2 nömrəli məktəb son üç ildə Sumqayıt şəhəri üzrə xəritələnmiş qəza məlumatları əsasında seçilmişdir. AMAK məlumatları Sumqayıt Şəhər Yol Polisi İdarəsi ilə birlikdə təhlil edərək, birlikdə hərəkət təhlükəsi olan ərazilərdə yerləşən bir sıra məktəbləri müəyyən edib. AMAK komandası və əsas maraqlı tərəflərin əlavə sorğu və qiymətləndirmələrindən sonra 2 nömrəli məktəb piyada infrastrukturunun zəif olduğu, nəqliyyatın sıx olduğu və sürəti yüksək olan ərazidə yerləşdiyinə görə pilot layihə – küçə transformasiyası üçün münasib görülmüşdür.

EASST və GDCI-nin dəstəyiilə AMAK Sumqayıt Şəhər Polis İdarəsi və yerli mühəndislərlə 2 nömrəli məktəbin ətrafında müvəqqəti yol infrastrukturu dəyişiklikləri üçün planlar hazırlamaq üçün birgə işləmişdir. Planlar yerli yol təhlükəsizliyi qaydalarına, eləcə də qabaqcıl beynəlxalq təcrübəyə əsasən hazırlanmış və Dövlət Yol Polisi tərəfindən təsdiq edilmişdir.

Pop-up küçə transformasiyasının yeni dərs ilinin başlanması və məktəb ərazilərində uşaqların və piyadaların sıxlığının artacağını nəzərə alaraq 2022-ci il sentyabrın 15-dəbaşa çatdırılması planlaşdırılır. Transformasiya küçə dizaynını uşaqların nöqteyi-nəzərindən müşahidə edən, yerli icmaları cəlb edən müvəqqəti, ucuz müdaxilələr təqdim edən, yol-nəqliyyat hadisələri riskini azaldan və eyni zamanda, havanın keyfiyyətini və uşaqların sağlamlığını nəzərə alan GDCI küçə transformasiyası metodologiyasına əsaslanır. Müdaxilə avtomobilin sürətini azaltmaq, piyada keçidlərinin təhlükəsizliyini yaxşılaşdırmaq və piyadaların tələblərinə cavab vermək üçün məkanı yenidən bölüşdürmək məqsədi daşıyır. İşlərə əlavə piyada keçidlərinin nişanlanması, sürət tıxaclarının quraşdırılması, yeni yol nişanlarının, ayrılmış yükləmə yerlərinin qoyulması və digər piyada yerlərinin nişanlanması daxildir.

Layihənin məqsədi küçə dizaynının sürətin idarə edilməsinə və nəqliyyatın sakitləşməsinə potensial təsirini nümayiş etdirmək və Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılmasına daha geniş dəstək verməkdir. Proses zamanı nəqliyyatın hərəkətini sakitləşdirən qərarların praktikada necə qəbul edildiyi barədə vacib məlumatları toplanmışdır və bu da gələcək şəhər infrastrukturu layihələrinin istiqamətləndirilməsində, problemlərin həllində və yerli qərar qəbul edən orqanlara şəhərlərdə uşaqlar üçün yol təhlükəsizliyinin yaxşılaşdırılmasına dəstək olmaq üçün yeni alətlər və həllərin işlənib hazırlanmasında əvəzsiz olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər