Sumqayıtda mənzildən oğurluq olub

503

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisindəki mənzillərin birindən 8000 ABŞ dolları, 650 avro, gümüş aksessuarlar, spirtli içkilər və seyfdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elçin Məmmədov müəyyən olunaraq saxlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər