Sumqayıtda «Mərhəmətli olmağa tələsin!» aksiyası yekunlaşdı: 300 nəfərə yardım edildi –FOTOLAR

1382
«Azərikimya» İstehsalat Birliyinin Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə «Mərhəmətli olmağa tələsin!» devizi altında keçirdiyi növbəti xeyriyyə aksiyasına yekun vurulmuşdur.
Birliyin akt zalında keçirilən tədbirdə çıxış edənlər qeyd etmişlər ki, 8 ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın indiyə qədər əsas qayəsini aztəminatlı ailələrin uşaqlarının, həmçinin sağlamlıq və maddi imkanları məhdudolan uşaqların isti qış geyimləri ilə təmin olunması təşkil etmişdir. Və ötən dövr ərzində bu aksiya nəticəsində minlərlə insana yardım edilmişdir.

Hər il olduğu kimi bu il də aksiyanın yardım şəbəkəsi genişləndirilmiş və bir neçə kateqoriyadan olan insanlara şamil edilmişdir. Belə ki, bu aksiyada hər iki valideynini itirmiş uşaqlar, əlil arabasına ehtiyacı olan insanlar və əlillər təşkilatının digər ehtiyaclı üzvləri, aztəminatlı ailələrin üzvləri, tənha və kimsəsizlər, baxıma, dəstəyə və yardıma ehtiyacı olan digər insanlar nəzərə alınmışdır.

Tədbirdə bir ay davam edən aksiya nəticəsində əldə olunan paltarlar, əlil arabaları və gündəlik tələbat vasitələri «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin və aksiyaya qoşulan idarə, müəssisə və təşkilatların səlahiyyətli nümayəndələrinin iştirakı ilə nəzərdə tutulmuş insanlara paylanılmışdır. Ümumilikdə bu dəfəki aksiyadan 300 nəfərə yaxın insan bəhrələnmişdir.

Tədbirdə iştirak edən «Azərikimya» İstehsalat Birliyinin Baş direktoru İmran Arzumanzadə və Respublika «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək, onların səsinə səs verərək, bu xeyirxah təşəbbüsə qoşulan və bu gün də bu missiyanı ürəklə davam etdirən idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını ifadə etmişlər. Vurğulanmışdır ki, “Azərikimya” İstehsalat Birliyi, “Qartal” Tikinti firması, “SOCAR-Polimer” MMC, “Technip” FMC şirkəti, Karbamid zavodu, Meqasığorta və Paşa Həyat Sığorta şirkətləri, “Sumqayıt” Peşəkar Futbol Klubu, “Alyans” tekstil və Səhiyyə şöbəsi bu xeyriyyə aksiyasında fəal iştirak etmişdir.

http://https://azertag.az/files/galleryphoto/2018/3/1000×669/15441066755135158176_1000x669.jpg

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər