Sumqayıtda “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində tədbir keçirilib

509

Fevralın 19-da Sumqayıt Gənclər Evində “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra layihə rəhbəri, İctimai birliyin sədr müavini Qorxmaz Paşayev iştirakçıları salamlayaraq layihənin məqsədindən, layihə çərçivəsində görüləcək işlərdən və təşkilatın milli-mənəvi dəyərlər sahəsində gördüyü işlərdən danışıb. Q.Paşayev təşkilatın mütəmadi olaraq gənclərdə milli vətənpərvərlik hisslərinin aşılanması, tariximiz, mədəniyyətimiz, milli dəyərlərimizin təbliği, düzgün maarifləndirmə işinin aparılması istiqamətində işlər gördüyünü bildirib.

İctimai birliyin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski çıxış edərək bildirib ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəslə ötürməlidir. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Həmçinin o, milli musiqi sənətinin inkişaf tarixindən və milli musiqinin xalqımızın mədəniyyətinə olan təsirlərindən danışıb.

Daha sonra çıxış edən jurnalist Namiq Məmmədli hər zaman gəncləri milli-mənəvi dəyərlər sahəsində düzgün və dolğun şəkildə maarifləndirdikləri üçün İctimai birliyin rəhbərliyinə öz təşəkkürünü bildirib. O, başda E.Talışınski olmaqla təşkilatın üzvlərini təbrik edib və onların fəaliyyətinin uğurlu olduğunu vurğulaıb.

Jurnalist, ictimai fəal Elvin Səfərli çıxış edərək göstərdikləri diqqətə görə və belə bir layihəni ərsəyə gətirdikləri üçün İctimai birliyə minnətdarlığını bildirib və layihənin işinə uğurlar arzulayıb. E.Səfərli bildirib ki, bütün tədbir iştirakçılarını milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğatında fəal iştirak etməyə, informasiya və ideoloji müharibədə dövlət siyasətini dəstəkləməyə çağırıb.

İctimai birliyin üzvləri Məhəmməd Babayev və Xəyalə Günəş çıxış edərək milli musiqinin önəmindən, tarixindən və insan həyatında olan əhəmiyyətindən bəhs ediblər.

Sumqayıt Gənclər Evinin metodisti Teymur Aslanlı çıxış edərək tədbirin əhəmiyyətindən danışıb və milli vətənpərvərlik, milli mənəvi dəyərlər mövzularında layihələrin gələcəkdə də dəstəklənəcəyini bildirib.

Sonra tədbir iştirakçıları arasında milli musiqi ilə bağlı müsabiqə keçirilib, qalib gələn Nəzrin Zeynalova ictimai birlik tərəfindən mükafatlandırılıb.

Tədbirin bədii hissəsində İctimai birliyin üzvləri – ifaçı Sərxan Mirzəyev, tarzən Fəxri Alışov və kamança ifaçısı Səid Cabbarlı tərəfindən milli musiqimizin şahı olan muğam səsləndirilib, sonda mügənni Ruslan Əkbərov tərəfindən “Azərbaycan bayrağı” mahnısı ifa olunub, xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən layihə 3 ay müddətində davam edəcək və Bakı, Sumqayıt, Şirvan şəhərlərini əhatə edəcək.

Layihənin əsas məqsədi Azərbaycan vətəndaşlarına, xüsusilə gənclərə milli-mənəvi dəyərlərin aşılanması, cəmiyyətimizdə milli-mənəvi dəyərlərin inkişafı, möhkəmləndirilməsi, qorunması və rolunun yüksəldilməsidir. Layihənin əsas məqsədlərindən biri də gənc nəslin milli-mənəvi dəyərlərə bağlı olaraq tərbiyə olunması istiqamətində dövlət siyasətinə dəstək göstərməsidir. Layihə çərçivəsində milli musiqimiz, milli mədəniyyətimiz, ailə dəyərləri mövzularında seminarların təşkil edilməsi, Azərbaycan xalçaçılığı, Azərbaycan muğamı və Qarabağ atları haqqında sənədli filmlərin lentə alınması nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər