Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirildi – FOTOLAR

1255

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri təşkil edilib.
Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.
Tədbirdə qeyd olunub ki, tarixdə elə günlər mövcuddur ki, aid olduğu hadisələrin ictimai-siyasi yükü, zaman qarşısında töhfəsi ilə yaddaşlara həkk olunur. Belə günlərdən biri -15 iyun 1993-cü il dünya siyasətinin azərbaycanlı dahisi, ulu öndərimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdış günü Azərbaycan təqviminin qızıl səhifəsidir.
Vurğulandı ki, bu gün cənab İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin əldə etdiyi qüdrət qloballaşan dünyada dövlətimizin müstəqilliyinin qarantına çevrilmişdir
İncəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər