Sumqayıtda möhtəşəm açıq hava konserti təşkil edilib – FOTOLAR

3187

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Sumqayıta şəhər statusunun verilməsinin 70 iliyi münasibəti ilə açıq hava konserti təşkil olunub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

Tədbirdə dövlət bayrağının rəmzi mənalarına toxunulub, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində hər il qeyd olunur. Bildirilib ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.

Vurğulanıb ki, noyabr ayında hər birimizin tale şəhəri olan doğma Sumqayıta şəhər statusunun verilməsinin 70 ili tamam olur. Gənclik şəhəri olan Sumqayıtın gözəllik və gənclik ruhundan illər heç nə qopara bilməyib, əksinə daha təravətli, təmiz, səliqəli, abad, müasir bir şəhərə çevrilib. 70 il sadəcə olaraq bir təqvim göstəricisi deyil, qurub yaradanların ömür yolu, zəhmət salnaməsi və şərəf tarixidir. Bu Sumqayıtda çalışan, onu quran, yaradan, gözəlliklər məskəninə çevirən,  inkişaf etdirən insanların çoxillik zəhmətinin və fədakar əməyinin qürur  və fərəh doğuran nəticəsidir.

Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər