Sumqayıtda möhtəşəm Novruz şənliyi - FOTO

3862

Bolluğun, bərəktin və xeyirxahlığın təcəssümü olan Novruz  Bayramı  Sumqayıtda  böyük təntənə ilə qeyd edilib.

Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri, şəhər  içtimaiyyəti iştirak edib.

Heydər Əliyev Parkından start götürən bayram şənliyi Kimyaçı Mədəniyyət Sarayının qarşısında davam edib.Şənlik əvvəlcə bahar təranələri sədası altında başlayıb.Milli geyimli rəqqasların,musiqiçilərin müşahiyəti ilə meydanda dövrə vuran Dədə Qorqud  və Bahar Qız yazın gəlişini müjdələməklə sumqayıtlıların əhval ruhiyyəsinə bayram ovqatı qatıb. Şəhər sakinlərinə baharın bolluq,bərəkət gətirməsini arzulayan ozanımız Dədə Qorqud yağı tapdağında olan yurd yerlərində çüçərməyən səmənilərə,qalanmayan tonqallara acımaq yox qələbəyə hazırlaşmağı vacib bilib. Qazan xanın igidləri atla meydanda dövrə vuraraq sakinlərdə bayram,qələbə ab havası yaradıb.Mərasimdə bayram tonqalı alovlandırılıb. Keçəl-kosa və Bahar qız  şəhər   sakinlərinə Novruzun abı havasını hiss etdirib.

Bayram şənliyində bayram ovqatlı sərgilər,əl işlərindən ibarət nümunələr, aşıq havaları, meyxana ifaları, xalq oyunları, milli rəqslər, məktəblilərin ədəbi bədii kompazisiyasları, folklar nümunələri, qədim ənənələrimizi tərənnüm edən adətlər, milli mətbəx nümunələri, musiqilər, şerlər, keçəllə kosanın məzəli əhvalatları, yumurta döyüşü, kəndirbazların akrobatik hərəkətləri, idmançıların, pəhləvanların rəngarəng çıxışları nümayiş olunub.

Yazın gəlişini bildirən və xalqımızın milli –mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar,şən-şux mahnılar  hamıda xoş ovqat oyadıb. Bayram şənliyində bildirilib ki, Novruz  adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir,daha da həmrəy edir. Bu ənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını, inancını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb. Şəhər sakinlərinin bayram sevinci respublikanın tanınmış incəsənət ustalarının ifasında  musiqili bədii proqramla davam edib.

Axşam saatlarında şəhərin küçələrində atlılar məşəllə dövrə vurub.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər