Sumqayıtda müasir tələblərə cavab verən yeni məktəb tikilir

560

umqayıtın İnşaatçılar qəsəbəsində yerləşən və qəzalı vəziyyətdə olan 9 nömrəli orta ümumtəhsil məktəbinin binası sökülərək yerində müasir tələblərə cavab verən yeni bina tikilir.

ONA-nın yerli bürosunun məlumatına görə, məktəbin kollektivi isə müvəqqəti olaraq keçmiş “İstək” liseyinin binasına köçürülüb və tədris prosesi orada davam etdirilir.

Yeni məktəb binası 1176 şagird yerlik və 4 mərtəbəli olacaq. Tikinti işlərinin sentyabr ayına kimi başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, ötən ilin noyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər