Sumqayıtda Muğam Mərkəzinin tikintisi sürətlə aparılır - VİDEO

867

Sumqayıt şəhər dənizkənarı bulvar ərazisində Muğam Mərkəzinin tikintisi sürətlə aparılır

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mütəmadi olaraq görülən işlərlə yaxından tanış olur, tapşırıq və tövsiyələrini verir.
Sumqayıt bulvarında inşasına başlanılan Muğam Mərkəzi zirzəmi və iki mərtəbədən ibarətdir. Muğam Mərkəzinin  konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.
İkimərtəbəli binadan ibarət olacaq Muğam Mərkəzində qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək.
Mərkəzdə muğamın sirlərinə yiyələnmək üçün 14 sinif otağı nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər