Sumqayıtda Namiq Mənanın şeirlər kitabı təqdim olunub

322

Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evində Azərbaycan Yazıcılar Birliyi (AYB) Qubadlı rayon bölməsinin sədri, bədiəçi-şair Namiq Mənanın “Azəri” poliqrafiya nəşriyyatında yenicə işıq üzü görən “Sən gedəndən” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən tədbirin aparıcısı, şair, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli Namiq Mənanın yaradıcılığından söz açıb.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov, Xalq artisti Şeyx Əbdül Mahmudov və digərləri şairin şeirlərinin poetik çalarlarından bəhs ediblər.

Sonra Xasay Cahangirov adına bədii qiraət dərnəyinin üzvləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Tanınmış muğam ustalarının çıxışı tədbirə xüsusi rəng qatıb.

Tədbirə qatılan iştirakçılara minnətdarlığını bildirən Namiq Məna kitabın imza mərasimini keçirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər