Sumqayıtda “NİVA” piyadanı vurub öldürdü

848

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, martın 16-da saat 21.30 radələrində Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Şabran rayon sakini Xeyrulla Cəlilov “NİVA” markalı avtomaşını idarə edərkən, yolu keçən şəhər sakini Gülsüm Cəbiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işi açılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər