Sumqayıtda “Nizami” kinoteatrı sökülür? – AÇIQLAMA

3493

Sumqayıt şəhərində uzun illərdir istifadəyə yararsız olan “Nizami” (keçmiş “Rossiya”) kinoteatrının söküləcəyi ilə bağlı xəbərlər yayılıb. Məlumatda bildirilir ki, artıq istismar müddətini başa vurmuş kinoteatr binasında gələn həftədən etibarən söküntü işlərinə başlanılacaq.
Məlumatı dəqiqləşdirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayevlə əlaqə saxladıq. E. Qocayev Xeberle.com-a açıqlamasında bildirib ki, tender elan olunub və buna uyğun olaraq binada əsaslı təmir işləri aparılacaq: “Sumqayıtda müasir standartlara cavab verən yeni kinoteatr qurulacaq”.
Xatırladaq ki, kinoteatr ötən əsrin 60-cı illərində tikilib. Vaxtilə şəhər sakinlərinin ən çox üz tutduğu mədəniyyət ocaqlarından biri olan ikimərtəbəli, 600 nəfərlik tamaşa zalı olan kinoteatrda bu günə kimi heç bir təmir aparılmayıb, avadınlıqlar, oturacaqlar yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, Sumqayıt şəhərində müasir texnologiyalara uyğun, ən yeni proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunan, tamaşaçıların zövqünü oxşayan kinoteatra böyük ehtiyac var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər