Sumqayıtda növbəti istirahət guşəsi salınır

186

45-parkSumqayıt şəhəri, 45-ci məhəllə ərazisində H.Əliyev prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində yeni park salınır. Ümumi sahəsi 4800 kvadrat metr olan parkın 2700 m2 sahəsinə tamet döşənib. Parkda yeni fəvvarə tikilib, əraziyə qazon salınıb, bundan əlavə, 650 ədəd dekorativ kol, 20 ədəd xan çinarı, 24 ədəd amerikan tuyası, 60 ədəd yerli tuya, 100 ədəd eldar şamı, 3000 ədəd isə mövsümü gül əkilib. Ərazidə 26 ədəd işıq dirəkləri quraşdırılıb. Hazırda xüsusi işıqlandırma sistemi və müasir tipli oturacaqlar quraşdırılır. Yeni istirahət guşəsinin yaxın günlərdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Bahar
    Yanvar 21, 2010 - 02:04

    Masallah gozellesdirirler seheri.hele gece kucenin isiqlarinda nece gozel gorsenir seher.qurban olaram ele seherime

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər