Sumqayıtda oğul atasını öldürüb

883

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, şəhərin Köhnə Corat qəsəbəsində yaşayan, 33 yaşlı Veysəl Mahmudov ailə münaqişəsi zəminində atası, 55 yaşlı Aydın Mahmudovu kürəyindən bıçaqlayıb. A. Mahmudov aldığı bıçaq xəsarətindən hadisə yerindəcə dünyasını dəyişib.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən V. Mahmudov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər