Sumqayıtda oğul atasını və qardaşını döyüb

659

Sumqayıtda döyülmə hadisəsi baş verib.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Şərifov İmran Şərif oğlu və atası, 1947-ci il təvəllüdlü Şərifov Şərif Bəhram oğlu ailə münaqişəsi zəminində 1970-ci il təvəllüdlü Şərifov Kənan Şərif oğlu tərəfindən döyülüblər. Qeyd edək ki, K. Şərifov ailənin digər övladıdır.

Yaralıların sözlərinə görə, K. Şərifov atasına və qardaşına güldan və bellə ağır xəsarətlər yetirib. Hər iki yaralı dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıb. Əməliyyat olunan ata və oğulun vəziyyəti ağırdır.

Hadisədən sonra K. Şərifov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər