Sumqayıtda onlarla velosipedçi “Siqaretə Yox” deyərək veloyürüş keçirib!

1238

20 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı və Respublika Olimpiya Velosiped Məktəbinin tərəfdaşlığı ilə baş tutan veloyürüşdə 60 nəfərdən çox gənc Sumqayıt şəhərində pedal çevirib.Həvəskar velosipedçilərin şəhər turu gənclər təşkilatının “Tütünsüz Cəmiyyət” adlı layihəsinin açılış tədbiri olaraq təşkil edilmişdir. Layihə rəhbəri Əminə Abdullayevanın, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəsi Elgün Hümbətovun və Respublika Olimpiya Velosiped Məktəbinin direktor müavini Cavid Allahverdiyevin açılış nitqindən sonra iştirakçılar yürüş üçün təlimatlandırılmışdır.  Yerli əhalinin diqqətini sağlam həyat tərzinin fəal tətbiqinə çəkməyi hədəfləmiş velosipedçilər “Tütünə Yox” şüarı əks olunmuş köynəklərlə aksiyanın ideyasını təbliğ edərək Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və 15 km məsafə qət edərək Nəsimi Parkında yürüşü yekunlaşdırıblar. Bununla onlar yerli sakinlər üçün səmərəli məşğuliyyətləri, tütünlə mübarizədə gənclərin birliyini nümayiş etdiriblər.

Məlumat üçün bildiririk ki, “Tütünsüz Cəmiyyət” layihəsi ərzində Sumqayıt şəhər orta təhsil müəssisələrindən məktəblilər üçün tütün məhsullarının zərərləri haqda seminarlar təşkil olunacaqdır. Əsas məqsədi tütünün zərərləri haqqında əhalinin maarifləndirilməsi olan layihənin bağlanış tədbiri olaraq isə cari ilin dekabr ayında – “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunun qəbul olunmasının il dönümünə həsr olunmuş Tütünlə Mübarizə üzrə 5-ci Milli konfransın keçirilməsi planlaşdırılır.
Göstərilən dəstəyə və iştiraka görə hər kəsə dərin minnətdarlığımızı bildiririk!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər