Sumqayıtda “Optimal Yay Festivalı” konserti – Fotolar

1662

30 iyul tarixində “Optimal Yay Festivalı”nın növbəti konserti Sumqayıt şəhərində keçirilıb.

Minlərlə Sumqayıt sakininin iştirak etdiyi konsert proqramının açılış nitqində yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçən Sumqayıt şəhərini 70 illik yubiley münasibətilə təbrik edən bəstəkar, müğənni Murad Arif və teleaparıcı Zümrüd Bədəlova konsertin keçirilməsini təşkil edən Optimal Elektronika MMC-yə, Xəzər Media Mərkəzinə və xüsusi dəstək göstərən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova təşəkkürlərini bildiriblər.

Sevilən ifaçılarından Murad Arif və Ramil Nabranın musiqiləriylə başlayan konsert proqramında Anar Şuşalı, Skripkaçı Səlim, Qurd, Roza Zərgərli, Ramal İsrafilov, Vəfa Şərifova, Lətifə Soyuöz, Rəvanə Əmiraslanlı, Hüseyn Məlikov, Orxan Babazadə, Məna Əliyev, Nazilə Əliyeva, Aysun İsmayılova, Rəsul & Xana yeni mahnılarıyla pərəstişkarlarını sevindiriblər.





 

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər