Sumqayıtda orta yaşlı kişini maşın vurub

1304

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, şəhərin Xəzər bağlarında yaşayan 1978-ci il təvəllüdlü Hüseynov Şükür Mahmud oğlunu işdən çıxıb evə gedərkən maşın vurub.

Sumqayıtda olimpiya kompleksinin işçisi olan kişini dərhal yaxınlıqda olan insanların köməkliyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan Şükür Hüseynov dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Sumqayıtda qadın piyadanı avtomobil vurub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər