Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücü saxlanılıb

3139

Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücünün şəxsiyyəti məlum olub, o, saxlanılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov bildirib.

O qeyd edib ki, həmin qadın P.M. (ad, soy adı şərti) Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilib, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbirlər görülüb.

Xatırladaq ki, hadisə Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzinin yanında baş verib. Qadın sürücü naməlum səbəbdən avtomobildən düşərək ərazidə çalışan parklanma nəzarətçisini təpikləyib. Hadisə anı ətrafda olanlar tərəfindən mobil telefonun kamerası vasitəsilə lentə alınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər