Sumqayıtda “Qarabağa Dönüş” adlı sərgi keçirilib

722
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin əl işlərindən ibarət “Qarabağa Dönüş” adlı sərgi təşkil olunub.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov, millət vəkili Emin Hacıyev, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev iştirak edib.
Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən 10 mart 2022-ci il tarixdə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin əl işlərindən ibarət “Qarabağa Dönüş” adlı sərgidə tələbələrin yaratdığı Qarabağ xanlıqlarının obrazları , “Dərzi” ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları 18 ədəd Qarabağ milli geyimləri və əl işləri, “Aşpaz” ixtisası üzrə təhsil alan tələbələrin Qarabağ mətbəxinə dair hazırladıqları 36 növ xörək və şiniyyat növü nümayiş olunub.
Sərgidə kompüter operatoru, bərbər, vizajist, manikürçü ixtisası üzrə təhsil alan tələbələr xüsusi güşələrdə öz əl işlərini nümayiş etdiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər