Sumqayıtda qardaşlığa xəyanət edilir? – FOTO

730
Sakinlərin Milli.Az-a ünvanladıqları məktubda Sumqayıt ilə qardalaşmış Almaniyanın Lüdviq Hafen şəhərinin şərəfinə salınmış qardaşlıq parkının bərbad vəziyyətə düşməsindən bəhs edilib.
Məktubda deyilir ki, 9-cu mikrorayonda “Lüdvik Hafen parkı” adlı bağ xarabalığa çevrilib: “Lüdviq Haven parkına baxanda “bağa baxarsan bağ olar, baxmazsan dağ olar” atalar sözü yada düşür. Bu məkan Sumqayıt şəhərinin sakinlərinin göz dağına çevrilib. Artıq neçə ildir park bərbad vəziyyətdədir. Orada istirahət etmək mümkün deyil. Lakin şəhər rəhbərliyi bu parkın abadlaşdırılması üçün heç bir tədbir görmür. Xahiş edirik ki, bu məsələni ölkə ictimaiyyətinin diqqətinə çatdırasınız. Bəlkə o vaxt bu problem öz həllini tapdı”.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə iki gün davam edən zənglərimizin də cavabsız qalması parkın taleyinin uzun müddət qaranlıq qalacağından xəbər verir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev sualımızı cavabsız qoydu.
Buna səbəb kimi vaxtının olmadığını göstərdi.
İcra hakimiyyətinin təsərrüfat şöbəsi isə məsələnin həllini Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin üzərinə qoydu. Təəssüf ki, həmin departamentdən də hər hansı cavab almaq mümkün olmadı. Qurumun rəis müavini Rauf Məmmədzadə Milli.Az-ın telefonuna cavab versə də, parkla bağlı heç bir məqama aydınlıq gətirmədi: “Sakinlərə deyin məktubu bizə ünvanlasınlar. Gedib yerində araşdırma aparıb qərar qəbul edək”.
Anar Məmmədov
Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Efgan
    Dekabr 19, 2012 - 21:40

    Sumqayitda en gozel parlardan 1 olan park idi, indi ise otra esirlerin qebirsanligina oxshayir…COX HEYIF

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər