Sumqayıtda “Qayalı” marketin açılışı oldu – FOTOLAR

9965

Sumqayıt Bulvarında “Qayalı” Ticarət Mərkəzinin açılış mərasimi keçirilib.

Öncə rəmzi açılışı bildirən qırmızı lent kəsilib. Açılış mərasimində məlumat verildi ki, yeni iş yerlərinin açılması baxımından ticarət mərkəzinin fəaliyyətə başlaması mühüm əhəmiyyət kəsb edir. Belə ki, burada onlarla şəhər sakini işlə təmin olunub. Zövq oxşayan müasir tərtibatlı ticarət mərkəzində bazarlıq üçün hərtərəfli imkanlar mövcuddur. Burada müştərilərə ən geniş çeşiddə müxtəlif növ məhsullar təqdim edilir.

Açılış mərasimində çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gündüz Əliyev bildirib ki, qeyri-neft sektorunun inkişafını sürətləndirmək, davamlı sosial-iqtisadi inkişafa nail olmaq və əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaq üçün aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında əhəmiyyətli irəliləyiş əldə edilib.

Vurğulanıb ki, son illər ərzində Sumqayıt şəhərində on minlərlə yeni iş yeri yaradılıb. Ticarət, iaşə və əhaliyə göstərilən digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb.

Bildirildi ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli iqtisadi inkişafa nail olunub və bu proses uğurla davam edir. Ən müasir ticarət infrastrukturunun yaradılması da daxil olmaqla bütün sahələrdə sürətli inkişaf müşahidə olunur.

Təsadüfi deyil ki, ölkə iqtisadiyyatının uğur qazanmasında ticarət sektorunun inkişafı və genişlənməsi də mühüm rol oynayır. Belə ticarət mərkəzlərinin yaradılması şəhər sakinlərinin rahatlığını təmin edir. Müasir ticarət mərkəzinin istifadəyə verilməsi həm də şəhərin iqtisadi inkişafına xidmət edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər