Sumqayıtda qazilərə diqqət və qayğı ilə yanaşılır

874

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Əlaqələndirmə Mərkəzi şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin sosial problemlərinin həllini, məşğulluğunu və sağlamlıq vəziyyətini diqqət mərkəzində saxlayır.

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev və şəhər İcra Hakimiyyətinin əməkdaşları qazilərimizin evində olub, onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanıblar. Qazilərimizə maddi və ərzaq yardımı olunub. Sumqayıt şəhər İcra Hakimiyyəti qazi Aydın Həsənovun özəl xəstəxanaların birində əməliyyat olunmasını öz üzərinə götürüb.

Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış qazilərimiz Sumqayıt şəhərində diqqət mərkəzində saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Əlaqələndirmə Mərkəzi məhz bu məqsədlə yaradılıb və yarandığı qısa müddət ərzində nəzərəçarpacaq işlər görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər