Sumqayıtda rəis müşavirə keçirdi – FOTOLAR

670

Sumqayıtın Tarixi Muzeyində Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib.

Əvvəlcə uzun illər mədəniyyət sahəsində çalışan Corat Mədəniyyət Evinin direktoru Namiq Balamiyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edib.

O, Mədəniyyət naziri Əbülfəs Qarayevin Sumqayıtda, nazirin birinci müavini Vaqif Əliyevin Xızda, nazir müavini Rafiq Bayramovun Abşeronda keçirdikləri qəbulların və Mədəniyyət Nazirliyi tərəfindən aparılan monitorinqin nəticələri, yeni yaranan “Mədəniyyət könüllüləri” qrupu, sosial şəbəkələr və mətbuatla əlaqənin təşkili, optimallaşma ilə əlaqədar görüləcək tədbirlər, musiqi məktəblərində keçiriləcək attestasiya, mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili, mədəniyyət işçilərinin işə davamiyyəti, müəssisələrdə aşkarlanan problemlər, nizam-intizam qaydaları, və s. ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.

İdarə rəisi həmçinin, Heydər Əliyev Mərkəzlərində Heydər Əliyev irsinin təbliğinin vacibliyindən, Şuşan işğal günü ilə bağlı keçiriləcək tədbirlərin təşkilindən, şuşalı rəssam Rövşən Bayramovun ”İstiqlal” muzeyində keçiriləcək sərgisindən, Zəngilan şəhərciyində keçiriləcək “Bölgələrdən bölgələrə” festivalından, heyata keçiriləcək yeni layihələrdən danışıb.

Müşavirədə mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.

Sonda idarə rəisi Mehman Şükürov Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirovun 55 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb, fəxri fərmanla təltif edib.

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər