Sumqayıtda rəsm-sərgi müsabiqəsi keçirildi

339

Sumqayıtda “26 iyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş .

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və “Nigart” rəsm dərnəyinin birgə təşkilatçılığı ilə20 iyun 2019-cu il tarixində“26 iyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş “Qəhrəmanlar diyarı Azərbaycan” adlı rəsm sərgi-müsabiqəsi keçirilmişdir.

Açıq səma altında təşkil olunan sərgidə 20-yə yaxın yeniyetmə və gənc öz əl işlərini nümayiş etdirib.

Əvvəlcə qonaqlar sərgiyə baxış keçirmiş, müəlliflərin fikirləri ilə tanış olmuşlar.

Tədbirdə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətovson illər ərzində aparılan Ordu quruculuğu sayəsində Azərbaycan Ordusunun regionda liderə çevrilməsindən, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, Sumqayıtda aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işlərindən danışmış, sərginin “26 iyun – Silahlı Qüvvələr Günü”nü qeyd etmək, istedadlı və yaradıcı  gəncləri aşkara çıxarmaq, onlara şərait yaratmaqməqsədilə keçirildiyini qeyd etmiş və sərgi iştirakçılarınagələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonda müsabiqədə I, II və III yerlərin qalibləriolmuş gənc rəssamlar Baş İdarənin fəxri fərman və hədiyyələri ilə təltif edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər