Sumqayıtda rəsm-sərgi müsabiqəsi keçirildi

427

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və Yeni il bayramına həsr edilmiş rəsm-sərgi müsabiqəsi keçirilmişdir.

Sərgidə Baş İdarənin rəisi Elgün Hümbətov çıxış edərək dövlətimiz tərəfindən gənclərin hərtərəfli inkişafına dəstək göstərildiyini, bu istiqamətdə keçirilən tədbirlərin gənclərin estetik tərbiyəsi, bacarıqlarının üzə çıxarılması, yaradıcılığa marağının dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamış və qarşıdan gələn Yeni il bayramı münasibətilə iştirakçıları təbrik edərək onlara uğurlar arzulamışdır.

30-a yaxın müəllifin əl işlərinin nümayiş edilidyi sərginin sonunda qaliblərəhədiyyələr təqdim edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər