Sumqayıtda şagirdlər beynəlxalq olimpiadalarda iştirak üçün imtahan verdi – AÇIQLAMA

1279
Sumqayıt şəhərində istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişafı istiqamətində müəyyən layihələrin həyata keçirilməsi və beynəlxalq olimpiadalara hazırlaşacaq aşağı yaş qrupu şagirdlərinin müəyyən edilməsi məqsədi ilə seçim imtahanı keçirilib.
Sumqayıt şəhər Təhsil şöbəsindən  verilən məlumata görə, Təhsil İnstitutu ilə Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə keçirdiyi seçim imtahanında riyaziyyat fənni üzrə 7-ci sinif, fizika, kimya, informatika və biologiya fənləri üzrə isə 8-ci sinif şagirdləri iştirak edib. İmtahanda riyaziyyat fənni üzrə 381, fizika fənni üzrə 215, kimya fənni üzrə 152, biologiya fənni üzrə 193 və informatika fənni üzrə 100 şagird olmaqla, ümumilikdə 1041 şagird iştirak edib. İmtahan nəticələrinə əsasən Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü gimnaziyanın nəzdində yaradılmış Olimpiadalara hazırlıq mərkəzlərinə cəlb ediləcək şagirdlər müəyyən ediləcək. Qeyd edək ki, artıq 3 ildir ölkəmizdə Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir. Xüsusi istedadı və bacarığı ilə seçilən şagirdlərin aşkarlanması və onlarla məqsədyönlü işlərin aparılması Təhsil Nazirliyinin ən prioritet məsələlərindən biridir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər