Sumqayıtda sahibkar xeyir-şər evi, blokları təmir edir və digərlərini də dəstək olmağa çağırır – VİDEO

1146
Son zamanlar Sumqayıt şəhərində aparılan abadlıq işləri bir çox sahədə müşahidə olunur.
sumqayitxeber.com  DünyaTV-yə istinadən məlumat verir ki, şəhərin bir sıra çoxmərtəbəli yaşayış binasında fasadlar yenilənib, dam örtükləri dəyişdirilərək yenisi ilə əvəz olunub. Həmçinin mikrorayon və məhəllədaxili yollara asfalt örtüyü çəkilib, yeni yaşıllıq zolaqları yaradılıb. Bundan başqa çoxmərtəbəli yaşayış binalarıın girişlərində də təmir-bərpa işləri aparılıb, girişlərə xüsusi şifrə ilə açılıb-bağlanan dəmir qapılar vurulub, divarlar rənglənib. İcra başçısı görülən işlərlə yaxından tanış olaraq tapşırıq və tövsiyələr verib. Bugünə qədər çoxmərtəbəli yaşayış binalarında 1850 giriş təmir olunub. Həyata keçirilən abadlıq-quruculuq işlərində sumqayıtlı sahibkarlar da yaxından iştirak edirlər. Hazırda bu işlər 4-cü mikrorayon ərazisində aparılır. Binalardakı girişlərin divarları rənglənib, yeni pəncərələr quraşdırlıb, 500-ə yaxın giriş təmir olunub. Əlavə olaraq xeyir-şər evi təmir olunub, digər xeyir-şər evində isə təmir-bərpa işləri aparılıb.
Təmir işləri aparan sahibkar Rəsul Quliyev son zamanlar görülən işlərə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib və digər sahibkarlara da müraciət edərək dəstək olmağa çağırıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər