Sumqayıtda sakinlərlə növbəti səyyar görüş keçirilib – FOTOLAR

3068

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.

Şəhərin 4-cü mikrorayon ərazisində yerləşən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində keçirilən görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Prezident İlham Əliyev vətəndaşların ərizə, şikayət və təkliflərinə qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddətlər ərzində və obyektiv baxılmasını, onların haqlı tələblərinin təmini istiqamətində zəruri tədbirlərin görülməsini bütün dövlət orqanları, eləcə də icra strukturları qarşısında mühüm vəzifələrdən biri kimi qoymuşdur. Sumqayıt şəhərində ölkə başçısının tapşırıqlarına uyğun olaraq mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, vətəndaşları narahat edən sosial-iqtisadi problemlərin uğurlu həllinə nail olmaq üçün şəhər sakinlərinin rəy və təklifləri dinlənilir.

Şəhər rəhbəri qeyd edib ki, ötən bir neçə il ərzində görülmüş işlər nəticəsində şəhər sakinlərini narahat edən məsələlər, mövcud problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub. Bir neçə il öncə sakinlər tərəfindən qaldırılan problemlərlə bağlı müraciətlər xeyli azalıb.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub. Müvafiq araşdırma tələb edən digər məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və nəzarətə götürülməsi ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə iştirak edən şəhər sakinləri Sumqayıtda həyata keçirilən abadlıq, quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığıan görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

1

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər