Sumqayıtda satışa 300 tondan çox kənd təsərrüfatı məhsulları çıxarılır – VİDEOREPORTAJ

267

Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni artırılmasının qarşısının alınması məqsədilə Sumqayıtda təxirəsalınmaz tədbirlər həyata keçirilir. Həftə sonu Sumqayıt şəhərində növbəti dəfə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.

Şəhər icra hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə həftə sonu 12-ci mikrorayonda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası açılıb. Səhər saat 8-dən işə başlayan yarmarkada respublikanın ayrı-ayrı rayonlarından, əsasən də Quba, Qusar və Xaçmazdan olan fermerlər satışa 300 tondan çox kənd təsərrüfatı məhsulları çıxarıblar. Yarmarkada satıcı və alıcıların rahatlığı üçün hər cür şərait yaradılıb. Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması satıcı və alıclıların da ürəyincə olub.

Məhsulların qiyməti bazarlardakından 25-30 faiz ucuzdur. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitariya və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar laboratoriyalarla təmin olunub.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və aidiyyəti qurumların nümayəndələri 12-ci mikrorayonda təşkil olunan yarmarkada olub, alıcı və satıcılarla söhbət edərək ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb.

sumqayitxeber.com Azərbaycan Televizyasının Sumqayıtdan hazırladığı video reportajı təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər