Sumqayıtda işçi axtarılır: şöbə müdirinin müavini vəzifəsinə

1803

“Sumgait Technologies Park” Energetika şöbəsi, Şöbə müdirinin müavini vəzifəsinə işçi axtarır

Vəzifə öhdəlikləri:

• Elektrik qurğularının, su, qaz təchizatları mənbələrinin təmiri və istismarı zamanı təhlükəsizlik qaydalarının norma və təlimatlarının yerinə yetirilməsini təmin etməli;
• Elektrik qurğu və avadanlıqlarının istismarı ilə bilavasitə məşğul olan elektrik texniki işçilərin vaxtlı-vaxtında biliklərin yoxlanılmasını təşkil etməli;
• Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planlarının  hazırlanmasını təşkil etməli;
• Elektrik avadanlıqlarının planlı-xəbərdaredici təmir qrafikinin (PXT) vaxtında və keyfiyyətli yerinə yetirilməsinə nəzarət etməli;
• Texniki istismar və təhlükəsizlik qaydalarına sistematik olaraq nəzarət etməli;
• Müəssisə üzrə kompleks planla  nəzərdə tutulmuş işlərin yerinə yetirilməsini təmin etməli;
• İstismara yararsız avadanlıqların dəyişdirilməsini planlaşdırmalı və onun yerinə yetirilməsinə nəzarət etməli;
• Qüvvədə olan qanunlar çərçivəsində statik elektriklənmədən qoruma qurğularının quraşdırılmasını və hazırlanmasını təşkil etməli;
• Müəssisənin müvafiq şöbələri ilə birlikdə binaların hansı partlayış təhlükəsi sinfinə aid olduğunu müəyyənləşdirməli;
• Rəhbər işçilərlə birlikdə energetik xidmət sahələrində qəza xəsarət və baş verə biləcək pozuntuları analiz etməli və onların aradan qaldırılmaq yollarını müəyyənləşdirməli;
• Elektrik qurğularında olan nasazlıqları müəyyən etmək üçün təşkil olunmuş komissiyalarda iştirak etməli;
• Qəzaların baş vermə səbəblərini araşdıran və texniki təhlükəsizlik vəziyyətini yoxlama aktları nəticəsində yazılmış tədbirlər planının yerinə yetirilməsini təmin etməli və bu haqda müvafiq sex və istehsalat rəislərinə məlumat verməli.

Təhsil/Təcrübə:

• Müvafiq ixtisas üzrə ali təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Enerji təchizatı sxemlərini və zavodlar üzrə ümumi enerjidaşıyıcılarının tələbatını, Elektrik enerjisindən istifadə qaydalarını, Elektrik qurğularının quraşdırılması qaydalarını, Elektrik qurğularının texniki istismar qaydalarını, Elektrik qurğularının quraşdırılması və istismarı zamanı texniki təhlükəsizlik qaydalarını bilməlidir.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Energetika şöbəsi, Şöbə müdirinin müavini” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər