Sumqayıtda şəhid dəfn olundu -FOTOLAR

1142

Sumqayıt şəhərində  Vətən müharibəsində şəhid olmuş əsgər Yusifov Hüseyin İsa oğlu dəfn edilib.

Şəhidlə vida mərasimi keçirilib.

Şəhidimiz əsgər Yusifov Hüseyin İsa oğlu Sumqayıtın şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər rəsmiləri iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Sumqayıt gəncləri Vətən Müharibəsində fəal şəkildəiştirak etmişdir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışıa qoşulan minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Şöbəsinə  gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə etmiş və Vətən Müharibəsində çağırışa böyük ruh yüksəkliyi ilə qoşulmuşlar.

Sumqayıt şəhərində şəhid ailələri və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri diqqət mərkəzində saxlanılır.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və qazi ailələri ziyarət olunur, ərzaq və maddi yardımlar çatdırılır. Qeyd edək ki, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərimizin qəbirüstü daşları Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanıb.

Hər gün yüzlərlə şəhər sakini Şəbidlər Xiyabanına gələrək vətən torpaqlarının müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin xatirəsini yad edirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər