Sumqayıtda şəhidlərimiz anıldı – FOTO

4348

Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. 27 sentyabr – Anım Günü ilə bağlı şəhər ərazisində silsilə tədbirlər təşkil olunub. Şəhidlər xiyabanında keçirilən anım tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, millət vəkili Emin Hacıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

27 sentyabr – Anım Günü ilə bağlı Sumqayıt şəhərində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları öncə Sumqayıtın Şəhidlər Xiyabanında ucaldılan Qalib əsgər abidəsi önünə əklil və gül dəstələri qoyublar, şəhidlərimizin əiz xatirəsini ehtiramla yad ediblər. Daha sonra ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Gün ərzində şəhərin müxtəlif ərazilərində şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada üç minə yaxın ağac əkilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhid Muradov Bəxtiyar Güloğlan oğlunun ailəsini ziyarət edib, şəhid Tərlan Rövşad oğlu Rzayevin anım mərasimində iştirak edib. Şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər