Sumqayıtda şəhidlərimizin anım mərasimləri keçirilib – FOTO

3367

Sumqayıt şəhərində şəhidlərimizin -baş leytenant Zakirov Elvin Ağasəlim oğlunun, əsgər Məmmədov Rəhman Natiq oğlunun, əsgər Abbaslı Elgün Ağayar oğlunun anım mərasimləri keçirilib.

Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov,  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər