Sumqayıtda sənaye şəhərciyi yaradılacaq

807
Buradakı müəssisələr istehsal etdiyi hazır məhsulları “Petkim holdinq”ə satacaq
Yaxın 2-3 il ərzində Sumqayıtda sənaye şəhərciyinin yaradılması başa çatacaq. 2013-cü ildə isə sənaye şəhərciyi fəaliyyətə başlayacaq.
Lent.az-zın məlumatına görə, prezident İlham Əliyevin tapşırığına əsasən, sənaye şəhərciyinin yaradılması ilə bağlı proqram layihəsinin hazırlanmasına başlanılıb. Proqrama əsasən, Sumqayıtda fəaliyyət göstərən bütün zavodların işi yenidən qurulacaq. İlk mərhələdə hazırda fəaliyyəti tamamilə dayandırılan və səmərəsiz işləyən müəssisələr bərpa olunacaq. Bu məqsədlə yerli və xarici mənbələrdən milyardlarla dollar sərmayə cəlb olunması nəzərdə tutulur. Növbəti mərhələdə isə mövcud müəssisələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində bir neçə layihə həyata keçiriləcək. Bütün bunların nəticəsində sənaye şəhərciyində təxminən 10 min sakinin yeni iş yerləri ilə təmin ediləcəyi proqnozlaşdırılır.
Sumqayıtdakı reallaşdırılacaq proqramı çərçivəsində zavodlar normal iş qrafikinə qaytarıldıqdan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) balansına verilən “Azərkimya” “Petkim holdinq”lə birgə fəaliyyət göstərəcək. Belə ki, Sumqayıtın 19 zavodunda istehsal olunacaq hazır məhsul ARDNŞ-yə məxsus “Petkim holdinq”ə satılacaq.
Elxan SALAHOV
LENT.AZ
Buradakı müəssisələr istehsal etdiyi hazır məhsulları “Petkim holdinq”ə satacaq
Yaxın 2-3 il ərzində Sumqayıtda sənaye şəhərciyinin yaradılması başa çatacaq. 2013-cü ildə isə sənaye şəhərciyi fəaliyyətə başlayacaq.
sumfactoryLent.az-zın məlumatına görə, prezident İlham Əliyevin tapşırığına əsasən, sənaye şəhərciyinin yaradılması ilə bağlı proqram layihəsinin hazırlanmasına başlanılıb. Proqrama əsasən, Sumqayıtda fəaliyyət göstərən bütün zavodların işi yenidən qurulacaq. İlk mərhələdə hazırda fəaliyyəti tamamilə dayandırılan və səmərəsiz işləyən müəssisələr bərpa olunacaq. Bu məqsədlə yerli və xarici mənbələrdən milyardlarla dollar sərmayə cəlb olunması nəzərdə tutulur. Növbəti mərhələdə isə mövcud müəssisələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində bir neçə layihə həyata keçiriləcək. Bütün bunların nəticəsində sənaye şəhərciyində təxminən 10 min sakinin yeni iş yerləri ilə təmin ediləcəyi proqnozlaşdırılır.
Sumqayıtdakı reallaşdırılacaq proqramı çərçivəsində zavodlar normal iş qrafikinə qaytarıldıqdan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) balansına verilən “Azərkimya” “Petkim holdinq”lə birgə fəaliyyət göstərəcək. Belə ki, Sumqayıtın 19 zavodunda istehsal olunacaq hazır məhsul ARDNŞ-yə məxsus “Petkim holdinq”ə satılacaq.
Elxan SALAHOV
LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər