Sumqayıtda sexdəki yanğının təfərrüatları məlum olub

874

Sumqayıtda sexdə baş verən yanğının təfərrüatları məlum olub.

FHN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, şəhərin, 41-ci məhəllə, Çerkassi küçəsi, 34 ünvanında yerləşən şüşə sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 500m² olan şüşə emalı sexinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 600 m² olan şüşə qabları istehsalı sexinin yanar konstruksiyaları 80 m² sahədə, içərisində olan soba yanıb.

Sexin qalan hissəsi, bitişik anbar və talvar yanğından mühafizə olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər