Sumqayıtda səyyar iclas keçirilib – FOTOLAR

715
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin Sumqayıt şəhərində keçirilən növbəti səyyar iclası Komitənin Regional Metodiki Mərkəzləri tərəfindən görülən işlərə həsr olunub.
Tədbir Sumqayıt şəhərinin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarətilə başlanılıb. İclas iştirakçıları abidənin önünə tər çiçəklər düzüblər, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Qonaqlar Sumqayıt şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Sonra Sumqayıt şəhər Şəhidlər Xiyabanı Memorial Kompleksində “Qalib əsgər” heykəlinin önünə əklil qoyulub, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini anıblar.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, MİHİ Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Fərman Kazımov, MİHİ Respublika Komitəsinin Rəyasət Heyətinin üzvləri, MİHİ Respublika Komitəsinin Regional Ərazi Metodiki Mərkəzlərinin məsul şəxsləri iştirak etmişlər.
İclas zamanı MİHİ Sumqayıt şəhəri Komitəsinin ittifaq üzvləri arasında şəhid analarına Təşəkkürnamə və maliyyə vəsaiti təqdim edilmiş, MİHİ Sumqayıt şəhər Komitəsinin ittifaq üzvlərinin yubilyarları Fəxri Fərman və pul mükafatı ilə təltif olunmuşlar. MİHİ Respublika Komitəsi tərəfindən texniki dəstək olmaq məqsədilə Qubadlı rayon Komitəsinə noutbuk hədiyyəsi verilmişdir.
Daha sonra tədbirin rəsmi hissəsindən sonra tədbir iştirakçıları üçün Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən konsert təşkil edilmişdir. Konsertdə Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin şagirdləri musiqi kompozisiyasıyla çıxış etmişlər. Konsert proqramının MİHİ Abşeron rayon Komitəsinin sədri İkram Manafovun dirijorluğu ilə məktəbin xalq çalğı əlatlərindən ibarət orkestri müşaət etmişdir.
Tədbirin yüksək səviyyədə təşkili üçün MİHİ Respublika Komitəsinin sədri Cəmilə Səttarova Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhərliyinə və təşkilatçılara minnətdarlığını bildirmişdir.

Sumqayıtda səyyar iclas keçirilib - FOTOLAR

Sumqayıtda səyyar iclas keçirilib - FOTOLAR

Sumqayıtda səyyar iclas keçirilib - FOTOLAR

Sumqayıtda səyyar iclas keçirilib - FOTOLAR

Sumqayıtda səyyar iclas keçirilib - FOTOLAR

Sumqayıtda səyyar iclas keçirilib - FOTOLAR

Sumqayıtda səyyar iclas keçirilib - FOTOLAR

Sumqayıtda səyyar iclas keçirilib - FOTOLAR

Sumqayıtda səyyar iclas keçirilib - FOTOLAR

Sumqayıtda səyyar iclas keçirilib - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər