Sumqayıtda silsilə tədbirlər keçirilir -FOTOLAR

363

Sumqayıt şəhərində “15 iyun – milli qurtuluş günü” və Sumqayıt şəhərinin 70 illik yubileyi münasibəti ilə silsilə tədbirlərə start verilib.

15-16 iyun  tarixlərində şəhərin 9-cu və 5-ci məhəllələrində nümunəvi məhəllələrin açılışı olub və bayram tədbiri təşkil olunub.

Qeyd olunub ki,  “Abad məhəllə” layihəsi çərçivəsində Sumqayıt şəhərində son dövrlərdə 40-dan çox nümunəvi məhəllə yaradılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Məhəllə daxili ərazilər asfaltlanır, uşaqların, məhəllə sakinlərinin asudə vaxtının səmərəli keçirilməsi üçün şərait yaradılır.

Tədbirdə çıxış edən məhəllə sakinləri, şəhər ictimaiyyətinin nümayəndələri yaradılan şəraitə görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər