Sumqayıtda siqaret istehsalçısı yenidən kapitalını artırıb- 12 milyon manat əlavə edib

326

Sumqayıt Kimya Sənaye Parkının ərazisində siqaret istehsalçısı “Tabaterra” nizamnamə kapitalına daha 12 milyon manat əlavə edib.

Kommersiya təşkilatlarının reyestrinə əsasən, şirkətin nizamnamə kapitalı 72 milyon 10 min manata (42,3 milyon dollar) çatıb. “Tabaterra” siqaret fabriki 2018-ci ilin noyabr ayında istismara verilib. Müəssisənin illik gücü 11 milyard ədəd siqaretdir. Şirkətin korporativ veb-saytı hazırlanma mərhələsindədir və orda fabrikin fəaliyyəti barədə heç bir məlumat yoxdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər