Sumqayıtda “Söz-2018” poeziya bayramı

188

Sumqayıtdakı Heydər parkında yerləşən Poeziya Evinin önündə Azərbaycan Yazıçılar Birliyi (AYB) Sumqayıt bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan “Söz – 2018” poeziya bayramı poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirdə çıxış edərək, ideya müəllifi istedadlı şair Sabir Sarvanın olduğu bu bayramın şəhərdə hər il geniş qeyd edildiyini vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, tanınmış türk şairi və tərcüməçisi İmdad Avşar, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin rəhbəri, şair-publisist Lamiyə İsazadə, şair- dramaturq Nizami Muradoğlu, Sumqayıt Dövlət Universitetinin müəllimi, professor, prezident təqaüdçüsü Həsən Sadıqov çıxış edərək özün qüdrətindən danışıb, sumqayıtlı yazarların söz bayramını təbrik ediblər.

Sumqayıtda yaşayıb-yaradan şairlər Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Qənirə Mehdixanlı, Məmməd Namaz, Məryəm Aslanqızı, Rafiq Yusifoğlu, Rafiq Dağkəsəmənli, Ələsgər Həsənli və başqaları şeirlərini səsləndiriblər.

Yazıçılar adından çıxış edən Almaz Sahilə və Hafiz İmamnəzərli belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıblar.

Sonra Səməd Vurğun adına Mərkəzi Kitabxananın təşkil etdiyi klassiklərin və yerli yazarların kitablarından ibarət sərgi ilə tanışlıq olub.

Daha sonra gənc şair, Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsi Saqi Alıyev öz şeirini oxuyub.

Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin bu tədbirin ərsəyə gəlməsində dəstək olan hər kəsə təşəkkürünü bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər