Sumqayıtda “Ssenari necə yazılmalıdır?” mövzusunda təlim keçirildi

1739

Ötən gün Sumqayıt Gənclər Evində “Ssenari nədir, necə yazılmalıdır?” mövzusunda təlim keçirilib. “Sumqayıtxəbər” xəbər verir ki, tədbir Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Sumqayıt Gənclər Klubunun təşkilatçılığı ilə baş tutub. Təlimçi gənc ssenarist-aktyor Ozal Abbasov ssenarinin hazırlanması, tərkibi, aktyor və rejissor işi barədə ətraflı məlumat verib. O, ssenari yazmaq üçün lazım olan vasitələrdən danışıb, işin ədəbi və texniki tərəflərini izah edib.
Təlimin sonunda O.Abbasov iştirakçıların suallarını cavablandırıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər