Sumqayıtda su israfçılığı

897

Içməli su  yerin altı ilə çəkilən boru vasitəsilə birbaşa  kanalizaziyaya axdılır

(Dövlətçiliyin  su sayğacı  ilə ölçülməsi  və ya “su qiymətinə” olmayan suyun  qiyməti)Bu yaxınlarda, yeddi aydır ki, deşilmiş və  yerli məmurlar tərəfindən laqeydlik dərəcəsinə görə  Ginnesin rekordlar kitabına düşə bilən borudan içməli suyun artıq küçəyə  axmamasını görəndə birinci sevindim. Çünki fikirləşdim ki, bu təəcüblü  də olsa , Şərq bazarına  yaxın ərazidə deşilən ,intensiv yolda gölməçəyə səbəb olan məhşur boru nəhayət təmir edilib. Ancaq görünür  sevinməyə bir qədər tələsmişdim.

Çünki məlum oldu ki, suyun açıq-aşkar küçəyə axmasının qarşısını özünəməxsus yolla, öz xərci hesabına  yaxın ərazidə fəaliyyət göstərən sahibkar alıb. Aydın məsəlidir ki, həmin şəxs bunu ,su onun obyektinə zərər yetirməsin deyə edib. Əsas  məsələ, boru isə əvvəlkitək  təmir olunmayıb və su necə axırdısa  yenə də eləcə axır. Sadəcə olaraq  axan içməli su artıq yerin altı ilə çəkilən boru ilə birbaşa  kanalizaziyaya axdığından o küçədə gölməçə yaratmır  və camaatın gözünə görsənmir.(ancaq bu camaatın gözünə görsənməsə də aydındır ki mənim gözümdən belə üstü bəzək altı təzəklər çətin ki, yayınar)  Necə deyərlər bu, problemin azərbaycansayağı, ”unikal” həllidir. Dövlətin qiymətli içməli suyu isə əvvəlkitək yerə axır. Ancaq bəzi yerlərdə,məsələn Bakının Yasamal rayonunda  insanlarımız içməli  suyun 1 litrinə görə  yanacaqdoldurma stansiyasında 15-20 qəpik verir (utanmırlar, istilərdən və vətəndaşların  əlacsızlığından,ehtiyacından mənəviyyatsız edərək süni istifadə edib haramçılıqla varlanırlar   )onu gətizdirir və ya  hər ay su sayğacdakı göstəriciyə görə  5-10 manat  su pulu verir. Borunun böyük diametrli (500-600mm)olmasını və əhaliyə verilməli , hədər ,israf olaraq axan suyu  pul dilinə çevirsək əməlli başlı məbləğ alınar.Daha konkret desək ,hər saat o borudan çölə axan suyun  ən azı  təxminəm  20 kub( 20000litr )olmasını nəzərə alsaq ,bu,  bir günə 480 kub,aya 14400 kub ,anoloji olaraq  7 aya  isə 100800 kub edir ki, bunu da 0.22 qəpiyə( bir kub suyun  qiyməti) vuranda  22000 manatdan çox edir. Demək belə çıxır ki ,borunun təmir edilməməsi ucbatından,daha doğrusu   bu işə məsul məmurların laqeydliyindən hər gün dövlətimizə  ən azı 105 manat ziyan dəyir.İndiyəcən dəyən ziyanın puluna  isə borunu az qala  iki dəfə dəyişdirib  təmir etmək olardı.P.S.Mən bir şeyi başa düşə bilmirəm,necə olur  ki , dövlət büdcəsinə heç də ucuz başa gəlməyən ,yol kənarında yüzlərlə binaların divar örtüyünün ağardılmasına ,mərkəzi küçələrin təmir edilməsinə ,fontanların  , işıq  dirəklərinin düzəldilməsinə vəsait tapılır ,ancaq  dövlət əhəmiyyətli adi  bir borunun  təmiri üçün  heç bir əncam çəkilmir.Sanki  belə bir şey olmayıb.Hər şeyi bir kənara qoyaraq   onu deyim ki, ilin günün bu istisində içməli suyun hər saat tonlarla  böş-boşuna   kanalizasiyaya axması sadəcə olaraq ayıbdır,cənab məmurlar…

su

su3

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər