Sumqayıtda su sayğaclarını oğurlayan şəxs həbs edilib

1151

Sumqayıt şəhərində su sayğaclarını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9-cu mikrorayon ərazisində, ümumilikdə, 6 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Azər Musayev olduğu məlum olub.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 30 sutka müddətinə həbs olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər