Sumqayıtda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir - VİDEO

526

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.  Prezident  İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Sumqayıt  şəhərində genişmiqyaslı işlər həyata keçirilir. Bu məqsədlə Sumqayıt SuKanal idarəsi tərəfindən  istismar  müddətini başa vurmuş  köhnə xəttlər dəyişdirilir,binaların zirzəmiləri  və yağış quyuları təmizlənir, eləcə də binadaxili paylayıcı sistemləridə əsaslı yenidənqurma işləri aparılır,əhalinin rahatçılığı üçün mənzillərdəki su sayğacları pilləkən qəfəslərinə çıxarılır.

Sumqayıtda əhali və bütün sahələr üzrə istehlakçılar  24 saat fasiləsiz su ilə təmin edilir. Bütün bunlar  Sumqayıt Su Kanal İdarəsinin    işi peşəkar qurması nəticəsində əldə edilib.

Hazırda məhəllə və mikraraoynlarda mərhələləli şəkildə su sayğacları mənzillərdən pilləkən qəfəslərinə çıxarılır.

Qəzalı xəttlər dəyişdirilib, 9 mərtəbə və ondan yüksək olan müəyyən yuxarı mərtəbələrin saat rejimi  nasoslarla təmin olunub.Yəni  su xəttləri sistemi köhnəldiyindən   tam   təzyiqin qaldırılmasına nail olmaq mümkün deyildi. Həyata keçirilmiş tədbirlər nəticəsində  artıq  yuxarı mərtəbələrdə suyun təzyiqi daim nəzarətdə saxlanılır.

Almaz İsmayılova-sakin-İndi şükür Allaha su problemlərimiz yoxdu,turbalarımız köhnə idi. İndi hamısın təzəliyiblər, hamısı yaxşıdır.Şükür Alaha gecə günüdüz suyumuz var.Su aydınlıqdır,su paklıqdır.Biz qadınlara ən çox lazım olan mətbəxdə sudur.Şükür allaha bu da ki,hər gün varımızdır.24 saat bizim suyumuz gəlir.

 Çoxmənzilli yaşayış binalarının daxili su sistemləri yenidən qurulur, zirzəmilərdə istismar müddətini başa vurmuş polad xətlər ləğv edilir, əvəzində  yeni polietilen boru çəkilir.

Fekal kanalizasiya şəbəkəsi üzrə vaxtı vaxtında  kanalizasiya xəttləri xüsusi  maşınla yuyulur, quylar  mexaniki üsulla təmizlənir. Bütün bu  işlər isə əhalinin məmnunluğunu təmin etmək məqsədi daşıyır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər
Bənzər Xəbərlər