“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Prezident İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Sumqayıt şəhərində genişmiqyaslı işlər həyata keçirilir. Bu məqsədlə Sumqayıt SuKanal idarəsi tərəfindən istismar müddətini başa vurmuş köhnə xəttlər dəyişdirilir,binaların zirzəmiləri və yağış quyuları təmizlənir, eləcə də binadaxili paylayıcı sistemləridə əsaslı yenidənqurma işləri aparılır,əhalinin rahatçılığı üçün mənzillərdəki su sayğacları pilləkən qəfəslərinə çıxarılır.
Sumqayıtda əhali və bütün sahələr üzrə istehlakçılar 24 saat fasiləsiz su ilə təmin edilir. Bütün bunlar Sumqayıt Su Kanal İdarəsinin işi peşəkar qurması nəticəsində əldə edilib.
Hazırda məhəllə və mikraraoynlarda mərhələləli şəkildə su sayğacları mənzillərdən pilləkən qəfəslərinə çıxarılır.
Qəzalı xəttlər dəyişdirilib, 9 mərtəbə və ondan yüksək olan müəyyən yuxarı mərtəbələrin saat rejimi nasoslarla təmin olunub.Yəni su xəttləri sistemi köhnəldiyindən tam təzyiqin qaldırılmasına nail olmaq mümkün deyildi. Həyata keçirilmiş tədbirlər nəticəsində artıq yuxarı mərtəbələrdə suyun təzyiqi daim nəzarətdə saxlanılır.
Almaz İsmayılova-sakin-İndi şükür Allaha su problemlərimiz yoxdu,turbalarımız köhnə idi. İndi hamısın təzəliyiblər, hamısı yaxşıdır.Şükür Alaha gecə günüdüz suyumuz var.Su aydınlıqdır,su paklıqdır.Biz qadınlara ən çox lazım olan mətbəxdə sudur.Şükür allaha bu da ki,hər gün varımızdır.24 saat bizim suyumuz gəlir.
Çoxmənzilli yaşayış binalarının daxili su sistemləri yenidən qurulur, zirzəmilərdə istismar müddətini başa vurmuş polad xətlər ləğv edilir, əvəzində yeni polietilen boru çəkilir.
Fekal kanalizasiya şəbəkəsi üzrə vaxtı vaxtında kanalizasiya xəttləri xüsusi maşınla yuyulur, quylar mexaniki üsulla təmizlənir. Bütün bu işlər isə əhalinin məmnunluğunu təmin etmək məqsədi daşıyır.
Müzakirə qapadılmışdır.