Sumqayıtda sürtgü yağlarının istehsalına başlanıldı - müəssisədə 100 nəfər çalışır

3039

“AMINOL” ticarət markalı sürtkü yağları Sumqayıt Kimya Sənaye Parkında, “ALCO” MMC-yə ayrılan ərazidə, ən müasir Alman texnologiyası əsasında istehsal edilir.

Zavodumuzun illik istehsal gücü 30 min ton, investisiya həcmi isə 10 milyon ABŞ Dollarıdır. Müəssisəmizdə, əsasən, mühərrik, sənaye, hidravlik, kompressor, turbin, transmissiya və gəmi yağları istehsal edilir. Təklif edilən yağlar tərkibinə görə mineral, yarısintetik və tam sintetik sürtkü yağlarıdır. Azərbaycanda sənayenin müasirləşdiyi, nəqliyyat vasitələrinin və texnoloji avadanlıqların yeniləndiyi bir dövrdə, yüksək keyfiyyətli sürtkü yağlarına böyük ehtiyac vardır. Yaranan tələbi ödəmək üçün inkişaf etmiş ölkələrdən gətirilən baza yağları və qatqılar yüksək ixtisaslı xarici və yerli mütəxəss islərin reseptləri əsasında, ən müasir Alman texnologiyası ilə istehsal edilir və avtomatlaşdırılmış İtalyan avadanlıqlarında qablaşdırılır. Alman texnologiyasında yüksək ixtisaslı kadrların istehsal etdiyi “AMİNOL” sürtkü yağlarının ən yüksək standartlara uyğun olduğuna zəmanət verilir.

“Lubrizol”, “Afton Chemical”, “Chevron”, “Eni”, “Evonik”, “İnfineum”, “BASF”, “BRB”, və “LLK Naftan” kimi tanınmış istehsalçılardan alınan xüsusi qatqıların köməyilə istehsal olunan yağlar mühərriklərin və avadanlıqların davamlılığını və korroziyaya qarşı müqavimətini artırır. Yüksək keyfiyyətli “AMINOL” yağları mühərriklərin etibarlı şəkildə işə salınmasını, sürtünən səthlərin yağ ilə qidalanmasını, aşınmaya qarşı dayanıqlılığını, optimal təzyiqin qorunmasını və uzunömürlülüyünü təmin edir. ”AMINOL” sürtkü yağlarının ən əsas fərqi isə yanacağa qənaət edilməsidir. “Aminol” Made in Azerbaijan brendi Azərbaycanda istehsal edilməklə yanaşı, çeşidinin müxtəlifliyinə, yüksək keyfiyyətinə və münasib qiymətinə görə digər markalı yağlardan üstünlüyü ilə seçilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər