Sumqayıtda sürücü qadını vuraraq hadisə yerindən qaçıb

1439

Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum avtomobil 1973-cü il təvəllüdlü Əzimova Məfruzə Əməni qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər