Sumqayıtda sürücülərin nəzərinə - CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

2188

Xəbər verdiyimiz kimi Sumqayıtda avtobuslar üçün xüsusi zolaqlar yaradılır.

Şəhərin əsas girişindən – Sülh prospektindən avtobuslar üçün xüsusi zolaqların təşkilinə başlanılıb.

Sərnişindaşımanı həyata keçirən avtobuslar üçün xüsusi zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirməsi düşünülür. Hələlik Sülh prospektində salınan bu zolaqlar gələcəkdə bütün şəhər yollarında salına bilər. Məqsəd sərnişinlərin və avtobusların hərəkətlərinin rahatlığını təmin etməkdir.

Avtobuslar üçün ayrılmış həmin zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək. Artıq Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində  reydlərə başlayıb.

sumqayitxeber.com reydlərdən video görüntləri təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər